13 C
Baku
Friday, November 15, 2024

Microsoft şirkətinin kapitalizasiyası 17 illik maksimuma yüksəldi

Banker.az saytı Geekwire resursuna istinadən xəbər verir ki, Microsoft Corp. şikrətinin səhmləri 27 yanvar tarixində 2,5 faiz bahalaşıb. Bu bahalaşma sayəsində şirkətin kapitalizasiyası 500 milyard dollar həddini aşaraq son 17 ildə qeydə alınan ən yüksək nəticəyə çatıb.

Nəhəng şirkətin səhmlərinin dəyərinin 1 səhmə görə 65,85 dollara çatmasına səbəb şirkətin 26 yanvarda 2016-cı ilin son rübünü əhatə edən hesabatını nəşr etməsi oldu. Bu hesabat isə analitiklərin proqnozundan daha yaxşı nəticələri əks etdirir.
Analitiklər orta hədlə 25,3 milyard dollar həcmində gəlir proqnozlaşdırmışdı.

Hazırda dünyanın ən bahalı şirkəti olan Apple-ın kapitalizasiyası 650 milyard dollar, Alphabet-in kapitalizasiyası 590 milyard dollar olaraq qiymətləndirilir. Microsoft isə üçüncü pillədədir. Ən bahalı şirkətlərin beşliyinə Warren Buffet-in Berkshire Hathaway investisiya şirkəti (408 milyard dollar) və Amazon (təqribən 400 milyard dollar) şirkətləri də daxildir.

Son xəbərlər
Digər xəbərlər