27 C
Baku
Saturday, July 27, 2024

“Microsoft Teams” dostlar və ailəyə pulsuz videozənglər funksiyasını işə saldı

“Microsoft Teams” korporativ versiyadan sonra fərdi versiyanı təqdim edib. Banker.az bu barədə “Vc.u”ya istinadən xəbər verir.

Bildirildiyi kimi, dostlar və ailəyə pulsuz videozənglərdə maksimum 300 nəfər iştirak edə bilər.

Fərdi versiya korporativ versiyaya çox bənzəyir: burada videozənglər, söhbət otaqları, təqvimlər və fayl paylaşımı funksiyası var. Gələcəkdə pulsuz kollektiv zənglər üçün 60 dəqiqə, təkbətək zənglər üçün isə 24 saatadək məhdudiyyət tətbiq ediləcək.

Yeni versiyada iştirakçıları virtual məkanda birləşdirən “Birlikdə” funksiyası mövcuddur. 2020-ci ilin dekabrında “Microsoft” eyni funksiyanı “Skype”da işə salıb.

“Microsoft Teams”ın yeni versiyası iOS, Android və veb-versiyalarda işləyir.

Son xəbərlər
Digər xəbərlər