3 C
Baku
Saturday, December 14, 2024

“Microsoft” “TikTok”u 30 milyard dollara ala bilər

CNBC-nin verdiyi məlumata görə, “Microsoft” və “ByteDance” şirkəti arasında bağlanan razılaşmanın dəyəri 30 milyard dollar təşkil edə bilər.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Bildirildiyi kimi, tərəflər tətbiqin qiyməti ilə bağlı hələ razılığa gəlməyiblər və hal-hazırda bu məbləğ 10-30 milyard dollar arasında dəyişir. Qeyd olunur ki, sövdələşmə prosesində ABŞ-ın maliyyə naziri Stiven Mnuçin də iştirak edir.

Xatırladaq ki, ABŞ hökuməti “TikTok”u bağlamaq niyyətini açıqlayandan sonra, Amerikanın “Microsoft” şirkəti tətbiqi almaq üçün danışıqlar aparmağa başlayıb.

Son xəbərlər
Digər xəbərlər