“Microsoft” Çinin “ByteDance” korporasiyasından “TikTok” qısa videolarının yaradılması və onlara baxılması xidmətini almaqda maraqlıdır.
Bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
Tramp bu xidməti əldə etməkdə maraqlı olan digər Amerika şirkətlərinin adlarını açıqlamayıb.
CNBC-nin məlumatına görə, ABŞ administrasiyası “TikTok” səhmlərinin 50%-nin alınması üçün potensial iddiaçıları seçir. Əsas iddiaçılar “SpaceX”, “Tesla” və X şirkətlərinin sahibi İlon Mask və “Oracle” şirkətinin rəhbəri Larri Ellisondur.