Microsoftu-u şirkətin cihazlar üzrə icraçı vitse-prezidenti Stiven Elop, biznes qərarlar üzrə icraçı vitse-prezident Kirill Tatarinov və strategiya üzrə vitse-prezident Erik Rudder tərk edəcək. Bu haqda xəbər şirkətin rəsmi məlumatına əsasən verilmişdir.
Kadr dəyişikliyi şirkətin yeni strategiyası ilə bağlıdır. Microsoft açar mövqeli üç istiqamət üzrə diqqətini cəmləyib: biznes üçün alətlərə və məhsuldarlığın artırılmasına, “cloud” platformalara və fərdi kompüterlərə.
Bundan əlavə, Google-a qarşı istiqamətlənmiş Scroogled mübahisəli Scroogled kampaniyası ilə məşhurlaşmış Mark Penn də Microsoft şirkətindən gedir.