27 C
Baku
Saturday, July 27, 2024

Microsoft-un Bing axtarış sistemi Çində fəaliyyətini davam etdirib

Mənbələr deyirlər ki, bunun səbəbi senzura deyil, texniki problemlərdir.

Banker.az xəbər verir ki, Çinin Weibo sosial şəbəkəsinin üzvləri, Bing-in ölkədə yenidən işlədiyini söyləyiblər.

Bloomberg mənbələrindən alınan məlumata görə, axtarış mühərriki səlahiyyətlilərin senzurasına görə deyil, texniki problemlərdən Çində işini dayandırıb. Microsoft vəziyyəti şərh etməyib.

Bing 24 yanvar 2019-cu il tarixində Çində fəaliyyətini dayandırmışdır. Financial Times Çinin Unicom telekommunikasiya şirkətinin mənbələrinə və bəyanatına istinadən xidmətin yerli hakimiyyət orqanları tərəfindən qadağan olunduğunu qeyd etmişdir.

StatCounter şirkətinin məlumatına görə, 2018-ci ilin dekabr ayında xidmət Çin bazarının axtarış bazarının 2% -nı tutmuşdur. Yerli Baidu xidməti 70% payla bazarın lideri olaraq qalır. Hal-hazırda ölkədə Google axtarış sistemi işləmir. Bunun səbəbi şirkətin senzuralı axtarış sisteminin yaradılmasına dair layihədən imtina etməsi olub.

 

Son xəbərlər
Digər xəbərlər