İş adamı bu xəstəliyi dokuz il əvvəl bir dəfə artıq məğlub edib.
Allen onda bir şiş aşkar edildiyini söyləyərək bir mesaj yayımladı. İş adamı artıq doqquz ildir bənzər bir xəstəliklə mübarizə aparırdı. O zaman xəstəlikdən qurtula bilmişdi.
Allen, bu dəfə xərçəng xəstəliyinə qalib qəlmək üçün hər cür səy göstərəcəyini vəd etdi. Eyni zamanda, o, biznes fəaliyyətindən imtina etmək niyyətində deyildir.
«Son doqquz il ərzində tibb əhəmiyyətli dərəcədə inkişaf edib. Həkimlər optimist yönəliblər və ilk terapiya seanslarından sonra müsbət bir tendensiya görürlər »- Allen qeyd edib.
İş adamı Microsoft-ın təsisçilərindən biri idi, lakin 1983-cü ildə sağlamlıq problemləri üzündən şirkətdən ayrıldı. İndi o, Vulcan Inc şirkətinə rəhbərlik edir, onun fəaliyyəti daşınmaz əmlakdan kosmonavtikaya qədərdir. Əlavə olaraq Allen, Portland Basketbol Klubu və Seattle Sounders Futbol Klubu da daxil olmaqla, bir çox ABŞ idman komandalarına sahibdir.
Bu il Forbes Allen-in sərvətini təxminən 20,5 milyard dollar dəyərində qiymətləndirib.O, planetin ən varlı adamlarının siyahısında 44-cü yerdədir.