21 C
Baku
Monday, May 20, 2024

Microsoft-un yeni CEO-su kim olacaq?

2014-cü ilin artıq ilk həftələri geridə qalıb. Lakin Microsoft şirkəti hələ də yeni CEO ilə bağlı qərar verə bilməyib. Bununla yanaşı, siyahıda yeni şəxslər də peyda olmaqdadır.

Bloomberg agentliyinin verdiyi xəbərə görə, Microsoft şirkətinin direktorlar şurası Ericsson şirkətinin rəhbəri Hans Vestberg-i namizəd olaraq nəzərdən keçirir. Hans Vestberg 2010-cu ilin yanvar ayından etibarən hazırki vəzifəsini icra edir.

Vestberg bundan əvvəl isə şirkətin maliyyə direktoru vəzifəsində çalışıb. Ümumilikdə isə o 1988-ci ildən Ericsson şirkətində işlədiyindən bəri şirkətin ABŞ, Çin, Braziliya və Meksika bölmələrində müxtəlif vəzifələrdə işləyib.

Onun Ericsson şirkətində əldə etdiyi nailiyyətlər göz qabağındadı. Bu səbəbdən də Microsoft şirkətinin seçimi başadüşüləndir. Lakin hələ ki hər iki şirkət şərh verməkdən imtina etmişlər.

Qeyd edək ki, namizədlər sırasında Microsoft şirkətinin öz bölmələrinin rəhbərləri də var.

Son xəbərlər
 ⁠
Digər xəbərlər