14 C
Baku
Thursday, March 28, 2024

Microsoft-un yeni CEO-su kim olacaq?

Bloomberg xəbər agentliyindən verilən məlumata görə, ən yaxşı halda Microsoft şirkətinin baş icraçı direktoru vəzifəsini Ford şirkətinin rəhbəri Alan Mulalli, yaxud software şirkətinin keçmiş icraçı direktoru Satye Nadelle tutacaq. Bundan əlavə namizədlər sırasında Skype-ın keçmiş prezidenti Toni Beyts və Nokia şikrətinin eks rəhbəri Stiven Elop da var. Lakin verilən məlumatlara görə əsas olaraq ilk iki namizəd nəzərdən keçirilir.

Şirkətin direktorlar şurası yeni CEO ilə bağlı son müzakirələri 18 noyabrda etmişlər. Şura tərəfindən hazırlanmış sənədə əsasən, ideal namizəd sürətlə inkişaf edən sektorda çətin, qlobal təşkilatları idarə etmək təcrübəsinə malik olmalıdır.

Microsoft şirkətinin əvvəlki baş icraçı direktoru Stiv Balmer avqust ayında elan etmişdi ki, 12 ay ərzində istefaya gedəcək. Digit-in verdiyi məlumata əsasən, Balmer vəzifədən getdikdən sonra növbəti ildə direktorlar şurasının tərkibində qalmaq istəyirdi. Lakin bəzi səhmdarlar Balmerin yeni CEO-ya təsir etməməsini istəyərək bunun əksinə çıxış etmişlər.

Son xəbərlər
Digər xəbərlər