-3 C
Baku
Sunday, December 15, 2024

“Microsoft” və “AT&T” şirkəti $2 milyardlıq əməkdaşlıq müqaviləsini bağlayıblar

“Microsoft” və AT&T çərşənbə günü əməkdaşlıq müqaviləsini bağlayıblar. Şərtlərə görə, telekommunikasiya şirkəti “Microsoft Azure” bulud xidməti və “Microsoft Office 365” paketindən istifadə etmək hüququnu alır. Bundan əlavə, şirkətlər süni intellekt və 5G sahəsində əməkdaşlıq edəcəklər.

Banker.az xəbər verir ki, şirkətlərin şərhində əməliyyatın məbləği göstərilmir, lakin Reuters-in məlumatına görə, müqavilənin dəyəri təxminən 2 milyard dollar təşkil edir. 

Şirkətlər bulud xidmətini əvəz edəcək “sərhədli hesablamalar” (edge computing) sahəsində də əməkdaşlıq etməyi planlayırlar. Bu texnologiya çoxsaylı məlumat mərkəzlərinin və servislərin yaradılmasını nəzərdə tutur. “Sərhədli hesablamalar” ın inkişaf elətdirilməsi və 5G şəbəkəsinin yayılması, informasiyanın ötürülməsi prosesini sürətləndirməyə kömək edəcək. 

Eyni zamanda, bu müqavilə “Azure” xidmətinin bulud texnologiyaları bazarında mövqeyini gücləndirərək, rəqibi “Amazon Web Services” (AWB) ilə mübarizə aparmaqda kömək edəcəkdir. “Synergy Research Group” şirkətinin verdiyi məlumata görə, birinci rübdə “Azure” nin bazardakı payı 13%, AWB-nin payı isə 33% təşkil edib. 

Son xəbərlər
Digər xəbərlər