12 C
Baku
Wednesday, December 11, 2024

“Microsoft” və “Coca-Cola” süni intellektdən istifadəyə dair müqavilə imzalayıb

“Microsoft Corp” və “The Coca-Cola Company” qabaqcıl texnologiyaların tətbiqi, innovasiyaların təşviqi və süni intellektin (AI) gücünün araşdırılmasına diqqət yetirəcək beşillik strateji tərəfdaşlığa dair müqavilə imzalayıb. Şirkətlər müxtəlif biznes funksiyaları üçün süni intellektdən innovativ istifadə hallarını inkişaf etdirmək üçün birgə işləyəcəklər.

“Coca-Cola” “Microsoft Cloud” və generativ süni intellekt xidmətlərinə 1.1 milyard dollar xərcləyib.

“Yeni müqavilə Coca-Cola-nın Microsoft ilə tərəfdaşlıq strategiyasının uğuruna əsaslanır və bizim davamlı rəqəmsal transformasiyaya sadiqliyimizi nümayiş etdirir”, – deyə “The Coca-Cola Company”nin prezidenti və maliyyə direktoru Con Merfi söyləyib.

Xatırladaq ki, 2020-ci ildə “Coca-Cola” 250 milyon dollar dəyərində bulud və digər “Microsoft” proqramlarından istifadəyə dair müqavilə imzalamışdı.

Son xəbərlər
Digər xəbərlər