19 C
Baku
Thursday, April 25, 2024

“Microsoft” virtual reallığı zəif görən insanlara uyğunlaşdıran proqram təminatı təqdim edib

Microsoft” korporasiyasının tədqiqat bölməsinin tərtibatçıları görmə məhdudiyyətli istifadəçilərə virtual dünyanın qəbul edilməsini asanlaşdıran VR şlemlər üçün proqram funksiyaları dəsti işləyib hazırlayıblar.

Tərtibatçılar ümumilikdə 14 funksiya işləyib hazırlayıblar ki, onları reallaşdırma xüsusiyyətlərinə görə iki qrupa ayırmaq olar. 9 funksiya plaqin şəklində reallaşdırılıb – onları “HTC Vive” şlemləri üçün istənilən proqramla istifadə etmək olar.

Plaqin şəklində əlçatan funksiyaların bir hissəsi şəkli böyütməyə və başqa vizual manipulyasiyalar (məsələn, parlaqlıq və kontrastı yüksəltmək) etməyə imkan verir. Digər funksiyalar isə mürəkkəb mexanizmlərdən istifadə edir və məsələn, obyektlərin konturlarını seçməyə və mətni oxumağa imkan verir.

©ICTnews

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər