16 C
Baku
Wednesday, May 22, 2024

“Microsoft” Windows 10-un dəstəyini dayandırır

“Microsoft” Windows 10-nun dəstəyini dayandırır. Korporasiyanın bildirdiyinə görə, əməliyyat sisteminə dəstək 14 oktyabr 2025-ci ildə başa çatır, Banker.az bu barədə Vedomosti-yə istinadən xəbər verir.

Şirkət istifadəçilərə Windows 11-ə keçməyi tövsiyə edir, çünki Windows 10 artıq heç bir yenilik almayacaq. Əgər hələ də Windows 10-dan istifadə etməyə davam edirsinizsə, onu ən son 22H2 versiyasına qədər yeniləməyiniz məqsədəuyğundur.

“Microsoft” həmçinin Windows 11 LTSC-nin buraxılış tarixini açıqlayıb – 2024-cü ilin ikinci yarısında “Windows 11 Enterprise LTSC” və “Windows 11 IoT Enterprise LTSC” görünəcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər