“Microsoft”, ‘Windows 10 Home” və “Professional” məhsul yükləmə səhifələrində 31 yanvar 2023-cü ilin son satınalma vaxtı olduğunu bildirən bir yazı paylaşıb.
Məhsul açarlarının satışı dayandırılsa belə , “Microsoft” “Windows 10”-u 14 oktyabr 2025-ci ilə qədər dəstəkləməyə davam edəcək.
“Microsoft”-un bu addımı istifadəçiləri “Windows 11”-ə keçməyə məcbur etmək üçün atdığı güman olunur.
“Windows” səhifəsində “Microsoft”-un qısa təsviri:
“31 yanvar 2023-cü il bu “Windows 10”-un endirilməsinin satış üçün mövcud olduğu son gün olacaq. “Windows 10” 14 oktyabr 2025-ci ilə qədər kompüterinizi viruslardan, casus proqramlardan və digər zərərli proqramlardan qorumağa kömək edən təhlükəsizlik yeniləmələri ilə dəstəklənməyə davam edəcək”.