10 C
Baku
Cümə, Dekabr 3, 2021

“Microsoft” “Windows 11” əməliyyat sistemini elan edilən tarixdən bir gün əvvəl buraxıb

“Windows 11” əməliyyat sistemini elan edilən tarixdən bir gün əvvəl yükləmək mümkün olub.

Bu barədə “The Verge” internet portalı məlumat yayıb.

“Microsoft” bildirir ki, təzəlikcə “Windows 10” platformasında cihaz alan müştərilər əməliyyat sistemini elə indi yeniləyə biləcək. Bununla belə, şirkət yalnız 2022-ci ilin ortalarına qədər yeni məhsulun bütün uyğun cihazlarda mövcud olacaqını düşünür.

Əvvəlcədən “Windows 11” quraşdırılmış fərdi kompüterlər və noutbuklar yeni əməliyyat sisteminin rəsmi buraxılış tarixi olan oktyabrın 5-də satışa çıxarılacaq.

Mənbə:APA
Son xəbərlər
Oxşar xəbərlər
X