23 C
Baku
Tuesday, April 23, 2024

“Microsoft” “Windows 7” əməliyyat sistemi üçün texniki dəstəyi dayandırıb

22 oktyabr 2009-cu ildə buraxılmış “Windows 7” əməliyyat sisteminə texniki dəstək və yenilənmə 14 yanvardan başlayaraq dayandırılıb.

Bu barədə “Microsoft” şirkətinin saytında xəbər yayılıb.

Xəbərdə deyilir: “10 illik fəaliyyətdən sonra, Windows 7 üçün dəstək yanvarın 14-dən etibarən dayandırılacaq. Keçidin çətin ola biləcəyini bilirik və bundan sonra nə ediləcəyinə dair tövsiyələrlə kömək etmək və texniki dəstəyin dayandırılması ilə bağlı suallara cavab vermək istəyirik”.

Windows 7-də işləyən kompüterlər fəaliyyətini davam etdirəcək, lakin “Microsoft” artıq texniki dəstək göstərməyəcək və yeniləmələri buraxmayacaq. Şirkət, Windows 7 istifadəçilərinə OneDrive xidmətindən istifadə edərək fayl və fotoların surətlərini yaratmağı və Windows 10 əməliyyat sistemini istifadə etməyi tövsiyə edir.

Qeyd edək ki, dünya üzrə istifadə olunan bütün kompüterlərin 26,6 faizi Windows 7 əməliyyat sistemi ilə çalışır.

©Trend

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər