Amerikanın “Microsoft” korporasiyası yaxın vaxtlarda WordPad mətn redaktorunun fəaliyyətini dayandıracağını elan edib. Tətbiq uzun müddətdir yenilənməyib və gələcək Windows yeniləmələrində silinəcək.
WordPad tətbiqi Windows əməliyyat sisteminə 1995-ci ildən quraşdırılıb, istifadəçilər onu yalnız 2020-ci ilin fevralında silmək imkanı əldə ediblər – bunun üçün onlar idarəetmə panelindən istifadə etməli idilər.
“Microsoft” istifadəçilərə .doc və .rtf formatlı sənədləri Microsoft Word və Notepad proqramlarında redaktə etməyi tövsiyə edir.