13 C
Baku
Friday, November 22, 2024

“Microsoft” Yaponiyaya süni intellektin inkişafı üçün 2,9 milyard dollar investisiya ayıracaq

Amerikanın Microsoft şirkəti Yaponiyaya süni intellekt (AI) texnologiyalarının inkişafı və kibertəhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirmək üçün 2,9 milyard dollar investisiya ayıracaq.

Yaponiya Xarici İşlər Nazirliyinin məlumatına görə, bu barədə “Microsoft”un Prezidenti Bred Smit Vaşinqtonda Yaponiyanın Baş naziri Fumio Kisida ilə görüşündə bildirib.

“Prezident Smit Yaponiyada genişmiqyaslı bulud hesablama və süni intellekt infrastrukturunun genişləndirilməsi, Tokioda ilk “Microsoft Research Asia” laboratoriyasının açılması və Yaponiya hökuməti ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi üçün 2,9 milyard dollar həcmində investisiya ayrılacağını bəyan edib”, – məlumatda deyilir.

Kisida isə öz növbəsində qeyd edib ki, Yaponiyada süni intellektin inkişafında “Microsoft”un rolunu yüksək qiymətləndirir.

Son xəbərlər
Digər xəbərlər