“Microsoft” şirkəti “Surface” ailəsinin yeni məhsullarını təqdim edib: “Surface Laptop 5” noutbuku, “Surface Pro 9” planşeti və “Surface Studio 2 Plus” monobloku.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Məlumata görə, “Surface Laptop 5” noutbuku iki versiyada (13.5 və 15 düym) təqdim ediləcək, lakin hər iki variant 12-ci nəsil “Intel Core” prosessorunu alıb. Konfiqurasiyadan asılı olaraq noutbuklar 8-32 Gb operativ yaddaş, o cümlədən 256 Gb – 1 Tb daxili yaddaşla təchiz edilib. Yeniliyin qiyməti 999 dollardan başlayır.
“Surface Pro 9” planşeti 13 düymlük sensorlu ekran, HD-kamera, 32 Gb-dək operativ yaddaş və 1 Tb-dək daxili yaddaş alıb. Planşetin qiyməti 1000-1300 dollar arasında dəyişir.
“Surface Studio 2 Plus” monobloku 28 düymlük sensor ekran, “Intel Core i7” prosessoru, “GeForce RTX 3060” videokartı, 32 Gb operativ yaddaş və 1 Tb daxili yaddaşla təchiz edilib. Monoblokun qiyməti 4300 dollar təşkil edir.