“Microsoft” korporasiyası yeni Surface Laptop Go noutbukunu təqdim edib. Banker.az xəbər verir kierilən məlumata görə, bu model 12,4 düymlük sensorlu PixelSense ekranı, Intel i5 prosessoru və 64-256 Gb arasında dəyişən operativ yaddaşla təchiz edilib.
Surface Laptop Go noutbuku simsiz enerji toplama texnologiyasını dəstəkləyir və davamlı olaraq 13 saat işləyə bilir. Bundan əlavə, model 720p HD-kamera, studiya mikrofonları, USB-A və USB-C portları ilə təchiz edilib.
Qeyd edək ki, bu noutbukda Windows Hello üz tanıma texnologiyası olmasa da, əl izi skaneri var.
“Microsoft”un verdiyi məlumata görə, Surface Laptop Go üç rəngdə buraxılacaq: “mavi buz”, “platin” və “qumdaşı”.
Qiymətlər isə aşağıdakı kimidir:
1. Surface Laptop Go (Intel Core i5, 4 Gb operativ yaddaş, 64 Gb flesh-yaddaş) – 549,99 dollar.
2. Surface Laptop Go (Intel Core i5, 8 Gb operativ yaddaş və 128 Gb SSD) – 699,99 dollar.
3. Surface Laptop Go (Intel Core i5, 16 Gb operativ yaddaş və 256 SSD) – 899,99 dollar.









