29 C
Baku
Thursday, May 30, 2024

“Microsoft”a illərdir gözlənilən yenilik gəlir

ABŞ-nin “Microsoft” şirkəti “Windows 11” əməliyyat sisteminin yeni versiyasında RAR və 7-Zip arxivləri, eləcə də digər fayl növləri üçün daxili dəstəyin olacağını açıqlayıb.

Əməliyyat sisteminin istifadəçiləri on ildir ki, bu funksiyanı gözləyirdilər.

“Biz “libarchive” açıq mənbə layihəsindən istifadə edərək, “tar”, “7-zip”, “rar”, “gz” və s. əlavə arxiv formatları üçün daxili dəstək əlavə etdik”, – deyə şirkətin rəhbəri Panos Panay bildirib.

Beləliklə, “Windows” artıq arxivləşdiriciyə çevrilir. Artıq minlərlə faylı bir arxivdə saxlamağa və diskdə daha az yer tutması üçün əlavə olaraq sıxmağa imkan verən yardım proqramlarından istifadəyə ehtiyac olmayacaq. Bu o deməkdir ki, əfsanəvi WinRAR da bəzi istifadəçilərini itirə bilər.

“Microsoft”dan əlavə edilib ki, yeni formatlar üçün dəstək bu həftənin sonunda istifadəçilər üçün əlçatan olacaq.

Qeyd edək ki, indiyə qədər istifadəçilər bu fayllara daxil olmaq üçün üçüncü tərəf proqramlarını quraşdırmalı idilər. Əvvəlki “Windows” əməliyyat sistemlərində yalnız ZIP arxivləri üçün yerli dəstək işləyirdi. Amma artıq “Microsoft”un yeni funksiyası sayəsində istifadəçilər əlavə pula başa gələn proqramların quraşdırılmasından xilas olacaqlar.

MənbəOxu.az
Son xəbərlər
 ⁠
Digər xəbərlər