Bu ilin may ayında “Android” əməliyyat sisteminin Azərbaycan bazarında payı aprel ayı ilə müqayisədə 3,9 faiz bəndi artıb.
Banker.az xəbər verir ki, bu ilin iyun ayının 1-nə “Android”in ölkənin əməliyyat sistemi bazar payı 57,4 təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 6,5 faiz bəndi çoxdur.
Aprel ayı ilə müqayisədə mayda “Microsoft Windows” əməliyyat sisteminin ölkə üzrə bazar payının həcmi 3,4 faiz bəndi azalaraq iyunun 1-nə 26% təşkil edib. Bu rəqəm ötən ilin eyni göstəricisindən 8,6 faiz bəndi azdır. “Microsoft Windows” proqram məhsulları Azərbaycanın əməliyyat sistemi bazarında ikinci yeri tutur.
Üçüncü mövqedə 11,4% bazar payı ilə iOS əməliyyat sistemi qərarlaşıb. Bu əməliyyat sisteminin ölkə üzrə bazar payı cari ilin may ayında (aprel ayı ilə müqayisədə) 0,07 faiz bəndi artıb, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə bu göstərici 2,7 faiz bəndi çoxdur.
Digər əməliyyat sistemləri üzrə olan pay bölgüsü: OS X – 2,18%, “Linux” – 1,7%, naməlum əməliyyat sistemləri – 1,13% və s.