10 C
Baku
Wednesday, December 11, 2024

“Microsoft”un prezidenti: “2024-cü ildə həyat “1984” əsərindəki kimi olacaq”

Dünyada kütləvi izləmə qabiliyyətinə görə texnologiyaların məxfilik üçün yaratdığı təhlükələr barədə bir çox xəbərdarlıqlar var. Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir. Lakin bu xəbərdarlıqlar nadir hallarda “Microsoft”un prezidenti Bred Smit kimi ən böyük texnoloji şirkətlərdən birini idarə edən insanlardan gəlir.

Bu açıqlama Çin hökumətinin vətəndaşları izləmək üçün istifadə etdiyi müasir süni intellektə əsaslanan nəzarət sistemi ilə əlaqədar “BBC” proqramı zamanı səsləndirilib.

Bu sistem daim təkmilləşdirilir. Xüsusilə, Çin “yalan detektoru kimi işləyə bilən, lakin daha inkişaf etmiş texnologiya ilə duyğu detektorları” quraşdıra bilər. “Etibarlı dəlil olmadan şübhələri təsdiqləmək üçün” istifadə edilən cihazlar var. Bir insan bu cihazın təsirinə məruz qaldıqdan sonra, “kompüter şübhələrin təhlükəli və ya ehtimal olunan olduğunu göstərir”.

“Ourellin “1984” kitabında qoyduğu dərsləri tez-tez xatırlayıram. Fundamental tarix buradadır – bu, insanların etdiklərini görə və danışdıqlarını eşidə bilə hökumət haqqında bir hekayədir”, – deyə Bred Smit qeyd edib.

“Yaxşı, – B. Smit davam edib, – bu, 1984-cü ildə baş verməyib, lakin ehtiyatlı olaq, əks halda bunlar bizim 2024-cü ildə başımıza gələcək. Təəssüf ki, 1984-cü ilin reallığını yaxınlaşdıran müəyyən dövlətlər var”.

Bu mənada “Microsoft”un prezidenti ölkələri yeni qanunlar qəbul etməyə çağırıb. “Gələcəkdə vətəndaşları qorumaq üçün yeni qanunlar yaratmaq lazım olacaq. Bunu etməsək, texnologiyaların bizdən bir addım öndə olduğunu başa düşsək də, artıq gec olacaq”, – deyə Smit əlavə edib.

Xatırladaq ki, daha əvvəl Avropa Birliyi süni zəka və üz tanıma texnologiyasından istifadəni tənzimləyən xüsusi bir qanun hazırladığını açıqlayıb. Avropa Komissiyası “yüksək riskli” texnologiyalardan istifadəni məhdudlaşdırmağı, o cümlədən izləmə alqoritmlərini qadağan etməyi təklif edib.

Son xəbərlər
Digər xəbərlər