6 C
Baku
Sunday, December 15, 2024

“Microsoft”un rəhbəri şirkətdəki payının yarısını $285 milyona satıb

“Microsoft”un rəhbəri Satya Nadella şirkətdəki payının yarısını 285.4 milyon dollara satıb.

Banker.az xəbər verir ki, bu barədə ABŞ-ın Qiymətli Kağızlar və Mübadilə Komissiyası məlumat yayıb. Vurğulanır ki, Nadella sahib olduğu 1.7 milyon səhmdən 838 584 səhmi satıb.

Korporasiyanın sözçüsü “The Wall Street Journal”a bildirib ki, top-menecer bu addımı “şəxsi maliyyə planlaşdırması və diversifikasiya məqsədləri üçün” atıb. “O, diqqətini şirkətin davamlı uğuruna yönəldir və “Microsoft”un direktorlar şurası tərəfindən qoyulan tələbləri əhəmiyyətli dərəcədə üstələyib”, – deyə şirkət izah edib.

Nəşrin müsahibə verdiyi analitiklər satışını Nadellanın rezidenti olduğu Vaşinqton ştatında ildə 250 000 dollardan çox uzunmüddətli kapital artımına görə yeddi faizlik verginin tətbiqi ilə əlaqələndirirlər. Son üç həftə ərzində “Tesla”nın CEO-su İlon Mask milyardlarla dollarlıq opsion vergilərini ödəmək üçün şirkətin təxminən 10 milyard dollarlıq səhmini satıb.

Nadella 2014-cü ilin fevralında “Microsoft”un baş direktoru olub. O vaxtdan bəri İT nəhənginin səhmləri təxminən 9 dəfə bahalaşıb. Bu müddət ərzində korporasiyanın bazar dəyəri 314 milyard dollardan 2.53 trilyon dollara yüksəlib – hazırda o, “Apple”dan (2.63 trilyon dollar) sonra dünyada ikincidir.

Son xəbərlər
Digər xəbərlər