30 C
Baku
Thursday, June 30, 2022

“MicroStrategy” əlavə 400 mln. dollarlıq bitkoin alıb

Proqram təminatı tərtibatçısı “MicroStrategy” 414 milyon dollara 7 min bitkoin aldığını açıqlayıb.

Banker.az xəbər verir ki, bildirildiyi kimi, alış zamanı kriptovalyutanın orta qiyməti 59.1 min dollar olub. Noyabrın 29-a olan məlumata görə, “MicroStrategy”nin sahib olduğu bitkoinlərin dəyəri 6.9 milyard dollara çatıb.

Şirkət sonuncu dəfə sentyabr ayında kriptovalyuta alıb. Onda o, 242.9 milyon dollar dəyərində 5050 bitkoin əldə edib. “MicroStrategy”nin CEO-su Maykl Seylor rəqəmsal aktivlərin tərəfdarıdır. O, bitkoinin 21-ci əsr üçün əsas əmanət vasitəsinə çevriləcəyini hesab edir.

“MicroStrategy” ictimai şirkətlər arasında ən çox kriptovalyutaya sahibdir. Bu göstərici üzrə ikinci yerdə 43.2 min bitkoini olan “Tesla” avtomobil şirkətidir. Üçüncü yerdə – “Twitter”in qurucusu Cek Dorsinin “Square” startapıdır – o, 8 min bitkoinə (458 milyon dollar) sahibdir.

Son xəbərlər
Oxşar xəbərlər