MİDA 130 milyon manatlıq istiqraz buraxır

Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) məxsus MİDA MMC 130 milyon manatlıq istiqraz buraxır.

Bu barədə Agentlikdən bildirilib.

Məlumata görə, məqsəd tikinti layihələrini vaxtında icra etməkdir.

Söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 130 min ədəd istiqrazdan gedir. Qiymətli kağızlar qapalı üsulla yerləşdiriləcək.

Xatırladaq ki, MİDA MMC 11 aprel 2016-cı ildə yaradılıb, 17 may 2016-cı ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 10 milyon manatdır.

MənbəReport
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər