MİDA 4 ədəd avtomobilin alınması haqqında 3 müqavilə imzalayıb.
“Subaru” MMC ilə 70 min manat dəyərində “Toyota Camry Elegance” markalı avtomobilin satın alınması haqqında müqavilə imzalanıb.
“İdeal Motors” MMC ilə 23,5 min manat dəyərində “Chevrolet Niva LC” markalı avtomobilin alınması haqqında müqavilə imzalanıb.
“Nurgün Motors” MMC ilə iki ədəd “Nissan Sunny Comfort 1.5 A/T” markalı avtomobilin alınması haqqında müqavilə imzalanıb. Müqavilənin dəyəri 50 min manatdır.
“MİDA” MMC minik avtomobillərinin satın alınmasına ümumilikdə 143,5 min manat yönəldəcək.