7 C
Baku
Thursday, December 12, 2024

MİDA “ASAN Xidmət”də E-imza almaq imkanı yaradıb

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) ilə əməkdaşlığı genişləndirir.

MİDA-dan verilən məlumata görə, Prezidentin 24 may 2017-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Güzəştli mənzil” sistemi haqqında əsasnaməyə uyğun olaraq mənzillərin əldə edilməsi üçün müraciət gücləndirilmiş elektron imza (“E-imza”) ilə mümkündür.

Çoxsaylı müraciətləri nəzərə alaraq, güzəştli mənzil almaq istəyən vətəndaşların rahatlığını təmin etmək və əlavə vaxt itkisinin qarşısını almaq məqsədilə “E-imza”nı “ASAN xidmət” mərkəzlərində “MİDA” MMC-nin “Güzəştli mənzil” xidməti pəncərələrindən də sifariş edərək almaq imkanı yaradılıbr. Bu xidmət vətəndaşlara NRYTN-nin tabeliyində olan Məlumat Hesablama Mərkəzi ilə birgə təqdim edilir.

“Elektron hökumət” portalında yerləşən “Güzəştli mənzil” sistemi vasitəsilə qeydiyyatdan keçmək, həmçinin güzəştlə mənzil əldə etmək hüququ təsdiq olunduqdan sonra şəxsi elektron kabinetinə daxil olmaq və mənzil seçmək üçün tələb olunan “E-imza” 3 avqust 2017-ci il tarixindən etibarən Bakı şəhərində yerləşən 1, 3 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən və Sumqayıt “ASAN xidmət” mərkəzindən də əldə oluna bilər.

“Güzəştli mənzil” sisteminə dair sualları cavablandırmaq, şəxsi elektron kabinetin yaradılmasında, həmçinin “E-imza”nın alınmasında köməklik göstərmək məqsədilə “ASAN xidmət” mərkəzlərində “Güzəştli mənzil” pəncərələri davamlı olaraq vətəndaşlara xidmət göstərəcək.

“Güzəştli mənzil” sistemindən “Elektron imza” və ya “Asan imza” vasitəsi ilə istifadə vətəndaşların fərdi məlumatlarının mühafizəsini və “Elektron hökumət” portalı vasitəsilə aparılan əməliyyatların dəqiq və təhlükəsiz həyata keçirilməsini təmin edir. Elektron imzaya sahib olan vətəndaşlar “Güzəştli mənzil” sistemi ilə yanaşı “Elektron hökumət” portalında təmsil olunan digər dövlət orqanlarının təqdim etdiyi xidmətlərdən də rahat şəkildə yararlana bilərlər.

Son xəbərlər
Digər xəbərlər