Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 5 ünvanında yerləşən 9,0 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar satınalmalar üzrə açıq tender elan edir.
Banker.az xəbər verir ki, tender aşağıdakı lotlar üzrə keçirilir:
Lot-1 – 1 və 2 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi
Lot-2 – 3, 4 və 5 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi
Lot-3 – 6, 7 və 8 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi
Lot-4 – 12 və 13 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini imzalanmış, möhürlənmiş, ikiqat bağlamada, yazılı surətdə təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsi və müqayisəsi tenderin əsas şərtlər toplusunda müəyyənləşdirilmiş kəmiyyətcə qiymətləndirilən meyarlar əsasında həyata keçiriləcəkdir.
Tender predmeti haqqında ətraflı məlumat tenderin əsas şərtlər toplusunda verilir. Maraqlananlar tenderin əsas şərtlər toplusunu (Azərbaycan dilində hazırlanmış) tenderdə iştirak etmək üçün yazılı müraciət edib qeydiyyata alındıqdan sonra hər bir lot üzrə aşağıdakı hesaba qeyd olunan məbləğdə iştirak haqqı ödəməklə Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 31 ünvanından (əlaqələndirici şəxs: Əliyev Vüqar Təyyar oğlu, telefon: (+99412) 594-54-01, daxili 239, email: [email protected]) ala bilərlər.
İddiaçılar öz tender təkliflərini (imzalanmış, möhürlənmiş, ikiqat bağlama zərfdə) 23 may 2023-cü il saat 17:00-dək yuxarıda qeyd olunan ünvana təqdim etməlidirlər. Göstərilən tarixdən gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Tender təklifi zərfləri 24 may 2023-cü il saat 15:00-da “MİDA” MMC-də açılacaqdır.