13 C
Baku
Friday, April 19, 2024

MİDA: Bu şəxslər Yasamaldakı mənzilləri illik 4% ipoteka ilə əldə edə biləcək – Aylıq ödəniş 143-395 manat arasında dəyişir

Xəbər verdiyimiz kimi, Mənzil İnşaat Dövlət Agentliyi (MİDA) Bakı şəhəri Yasamal rayonunda yerləşən Xarici Dairəvi yolu 6 ünvanındakı Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 815 mənzil satışa çıxarır.

Banker.az xəbər verir ki, MİDA İpoteka və Kredit Zəmanəti Fondunun güzəştli krediti vastəsi ilə krediti hesabına alanlar üçün ayırca məlumat yayıb.

Məlumata görə, bu ipotekanın illik faiz dərəcəsi 4% olmaqla 3 ildən 30 ilədək, minimum ilkin  ümumi məbləğin 10% ödənişi həyata keçirmə şərti ilə veriləcək.

Aylıq ödəniş “Studio” tiplu mənzillər üçün 143-146 manat, 1 otaqlı 143-146, 2 otaqlı üçün 231-244 manat, 3 otaqlı üçün 296-314 manat, 4 otaqlılar üçün isə 393-395 manat təşkil edəcək.

4564654645645645

MİDA diqqətə çatdırıb ki, mənzilə güzəştli ipoteka krediti vasitəsi ilə sahib olmaq istəyən vətəndaş minimal ilkin ödənilən məbləğə görə, mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10% endirim əldə edəcək.

Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsinin yasamal2.mida.gov.az internet səhifəsinə daxil olaraq satışa çıxarılan hər bir mənzilin (və otaqlarının) dəqiq ölçüsü, qiyməti, tətbiq edilən güzəştlər və əlavə endirimlər, agent banklar haqqında məlumatla tanış olmaq, habelə güzəştli mənzil kalkulyatoru vasitəsi ilə müvafiq hesablamalar aparmaq mümkündür.

2342321313

Son xəbərlər
Digər xəbərlər