7 C
Baku
Monday, March 4, 2024

MİDA Cəbrayılda 11 yaşayış binası tikəcək

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti Cəbrayıl şəhərində 7,87 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar satınalmalar üzrə açıq tender elan edir.

Banker.az xəbər verir ki, tender 2 lot üzrə keçirilir:

Lot-5 – 23, 24, 25, 26, 27, 28 və 29 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi,

Lot-6 – 30, 31, 32 və 33 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini imzalanmış, möhürlənmiş, ikiqat bağlamada, yazılı surətdə təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsi və müqayisəsi tenderin əsas şərtlər toplusunda müəyyənləşdirilmiş kəmiyyətcə qiymətləndirilən meyarlar əsasında həyata keçiriləcəkdir.

Son xəbərlər
Digər xəbərlər