-3 C
Baku
Wednesday, February 28, 2024

MİDA Cəbrayılda 12 böyük yaşayış binası tikəcək

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti Cəbrayıl şəhərində 7.87 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar satınalmalar üzrə açıq tender elan edir.

Banker.az xəbər verir ki, Tender 2 lot üzrə keçirilir:

Lot-3 – 11, 12, 13, 14, 15 və 16 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi,

Lot-4 – 17, 18, 19, 20, 21 və 22 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini imzalanmış, möhürlənmiş, ikiqat bağlamada, yazılı surətdə təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsi və müqayisəsi tenderin əsas şərtlər toplusunda müəyyənləşdirilmiş kəmiyyətcə qiymətləndirilən meyarlar əsasında həyata keçiriləcəkdir.

Tender predmeti haqqında ətraflı məlumat tenderin əsas şərtlər toplusunda verilir. Maraqlananlar tenderin əsas şərtlər toplusunu (Azərbaycan dilində hazırlanmış) tenderdə iştirak etmək üçün yazılı müraciət edib qeydiyyata alındıqdan sonra lot üzrə aşağıdakı hesaba qeyd olunan məbləğdə iştirak haqqı ödəməklə Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 31 ünvanından (əlaqələndirici şəxs: Əliyev Vüqar Təyyar oğlu, telefon: (+99412) 594-54-01, daxili 239, email: [email protected]) ala bilərlər.

Benefisiarın adı: “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti

Hesab nömrə: AZ18AIIB38030019440029636102

VÖEN: 1701953921

B1.Benefisiar (alan): Kapital Bank ASC

Adı: Mərkəz filialı

Kodu: 200026

VÖEN: 9900003611

S.W.İ.F.T.: AIIBAZ2X

Müxbir hesab: AZ37NABZ01350100000000001944

İştirak haqqı lotlar üzrə

Lot 3 – 1200 (min iki yüz) manat

Lot 4 – 1200 (min iki yüz) manat

Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar öz tender təkliflərini (imzalanmış, möhürlənmiş, ikiqat bağlama zərfdə) 13 aprel 2023-cü il saat 17:00-dək yuxarıda qeyd olunan ünvana təqdim etməlidirlər. Göstərilən tarixdən gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Tender təklifi zərfləri 14 aprel 2023-cü il saat 15:00-da “MİDA” MMC-də açılacaqdır.

Son xəbərlər
Digər xəbərlər