13 C
Baku
Friday, April 19, 2024

MİDA Cəbrayılda şaquli planlaşdırmaya 250 min manat xərcləyəcək

“MİDA” MMC “Ricon” MMC ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Cəbrayıl şəhərində 7,87 ha ərazinin şaquli planlaşdırılması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 248 592 manatdır.

Qeyd edək ki, ölkədə çoxmənzilli yaşayış binalarının tikintisinə rəvac vermək, Respublika vətəndaşlarının güzəştlə mənzillər əldə etmələrinə şərait yaratmaq, çoxmənzilli yaşayış binalarının tikintisi üçün ayrılan maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsini təşkil etmək məqsədilə Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb.

Son xəbərlər
Digər xəbərlər