“MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti 4 şirkətlə 41 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, bu şirkətlər Hovers Group MMC, Körpü-Bina-Tikinti MMC və Yar İnşaat Təmir-Tikinti MMC, Merkuri İnşaat MMC konsorsiumdur.
Hovers Group MMC ilə bağlanmış müqavilədə Cəbrayıl şəhərində 7,87 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 23, 24, 25, 26, 27, 28 və 29 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi nəzərdə tutulur. Müqavilənin məbləği 13.490.813 manatdır.
Körpü-Bina-Tikinti MMC ilə olan 1-ci müqavilə Cəbrayıl şəhərində 7,87 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 17, 18, 19, 20, 21 və 22 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisidir. Müqavilənin dəyəri 10.745.446 manatdır. Məbləği 9.538.858 manat olan 2-ci müqavilə isə 11, 12, 13, 14, 15 və 16 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisidir.
Yar İnşaat Təmir-Tikinti MMC, Merkuri İnşaat MMC konsorsium ilə bağlanmış müqavilə Cəbrayıl şəhərində 7,87 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 30, 31, 32 və 33 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisidən ibarətdir. Müqavilənin dəyəri 7.390.868 manatdır.