14 C
Baku
Saturday, November 23, 2024

MİDA evləri ilə bağlı nöqsanların necə üzə çıxdığı açıqlandı

“14 aprel 2022-ci ildə qeyd olunan məsələ ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq baş idarəsi tərəfindən cinayət işi başlanılıb”.

Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı Günel Hüseynova bu gün keçirilən brifinqdə “Təqsirləndirilən şəxslər tərəfindən mənzillərin qanunsuz yolla əldə edilməsi hansı sübutlar əsasında öz təsdiqini tapır?” sualına cavab olaraq deyib.

“Araşdırma nəticəsində çoxsaylı istintaq hərəkətləri və prosessual tədbirlər həyata keçirilib. Bir çox hallarda mənzil seçimi prosesini faktiki olaraq adları keçən şəxslər deyil, informasiya texnologiyaları sahəsində xüsusi biliklərə malik olan şəxslər və kiberproqramlardan istifadə edərək mənzil seçiminin reallaşdırılması halları öz təsdiqini tapıb.

Buna misal olaraq bizim hazırki cinayət işi üzrə cinayət məsuliyyətinə cəlb olunmuş təqsirləndirilən şəxslərə məxsus eyni İP ünvanlardan bir anda bir neçə mənzil seçimi üçün müraciət etmə faktı müəyyən edilib”, – deyə Hüseynova vurğulayıb.

O, qeyd edib ki, bu faktla bağlı İstintaq baş idarəsi tərəfindən aparılmış araşdırma zamanı istər təqsirləndirilən şəxslər, istərsə də adlarına seçim edilmiş şəxslər kifayət qədər mötəbər faktlar verib: “Bundan başqa, istintaq texniki imkamlardan istifadə edərək təqsirləndirilən şəxslər tərəfindən müəyyən kompüter proqramlarının dəyişdirilməsinə və digər formada müdaxilə edilməsini təmin edən kiberproqramlar və kiberhücumların izləri müəyyən edilib.

Əlavə olaraq, daha az müddətə mənzil seçiminin mümkünlüyü DTX-nin istintaq baş idarəsi tərəfindən araşdırılıb. İstintaq eksperimentinin nəticəsi olaraq kifayət dəlillər əldə olunub”.

Son xəbərlər
Digər xəbərlər