-1 C
Baku
Saturday, December 14, 2024

MİDA Füzuli və Cəbrayılda yaşayış kompleksləri inşa edir, Xocalıda 15 yaşayış binasını yenidən qurur

Qarabağa “Böyük Qayıdış” çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarında daimi məskunlaşması üçün ölkə başçısının tapşırıqlarına uyğun olaraq işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən yaşayış kompleksləri inşa olunur.

Bunu MİDA-nın İdarə Heyətinin sədri Sadiq Sadıqov Agentliyinin fəaliyyətə başlamasının 8-ci ildönümü ilə əlaqədar keçirilən təbbirdə bildirib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə bu gün işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri sürətlə həyata keçirilir: “Qarabağ tamamilə yenidən qurulur, ən müasir infrastruktur yaradılır, yeni yollar, hava limanları, elektrik stansiyaları tikilir, ağıllı kəndlər, qəsəbələr salınır. Sözsüz ki, Qarabağda aparılan tikinti-quruculuq işləri Azərbaycan dövlətinin gücünün və potensialının göstəricisidir. Ümumi sahəsi 8,9 hektar təşkil edən Füzuli Yaşayış Kompleksi 38 yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə 846 mənzil var. Artıq Füzuli Yaşayış Kompleksində 666 ailə, 2 517 nəfərin daimi məskunlaşması təmin edilib”.

O qeyd edib ki, Cəbrayıl şəhərində tikilən Cəbrayıl Yaşayış Kompleksinin inşası da sürətlə davam etdirilir: “Ümumi sahəsi 7,87 hektar təşkil edir. Yaşayış kompleksi 33 yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə 712 mənzil olacaq. Yaşayış kompleksinin inşasının bu ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulub. Bütün mənzillər tam təmirli, mətbəx mebeli və qaz plitəsi, su, qaz və elektrik sayğacları ilə təchiz olunmuş vəziyyətdə vətəndaşlara təhvil verilir. Yaşayış binaları ilə yanaşı ərazidə sosial-məişət obyektləri, istirahət guşələri, yeraltı və yerüstü avtodayanacaqlar, uşaq oyun və idman meydançaları da istifadəyə verilir”.

S. Sadıqov həmçinin qeyd edib ki, paralel olaraq hazırda Agentlik tərəfindən Xocalıda 3,34 hektar ərazidə 180 mənzildən ibarət 3 mərtəbəli 15 ədəd yaşayış binasının əsaslı təmiri və yenidən qurulması, həmçinin ərazinin abadlaşdırılması işi həyata keçirilir.

Son xəbərlər
Digər xəbərlər