12 C
Baku
Şənbə, Oktyabr 23, 2021

MİDA “Güzəştli mənzil” sistemini 396 min manata təkmilləşdirəcək

“Mənzil İnşaatı Dövlət Agentliyi” MMC (MİDA) tərəfindən “Güzəştli mənzil” sisteminin proqram təminatına texniki dəstəyin göstərilməsi və təkmilləşdirilməsinə dair 24/7 xidmətlərinin” satın alınması məqsədilə keçirdiyi tenderin qalibi məlum olub.

Banker.az xəbər verir ki, MİDA “R.İ.S.K. Elmi İstehsalat Şirkəti” ilə müqavilə bağlayıb.

MİDA qalib şirkətə 397 min 772 manat verəcək.

Onu da bildirək ki, “Güzəştli mənzil” sistemi “R.İ.S.K. Elmi İstehsalat Şirkəti” tərəfindən qurulub.

Xatırladaq ki, MİDA tərəfindən istifadəyə verilən “Güzəştli mənzil” sistemində dəfələrlə problemlər yaranıb və insanların ciddi etirazlarına səbəb olub.

 

Son xəbərlər
Oxşar xəbərlər