12 C
Baku
Saturday, November 23, 2024

MİDA “Güzəştli mənzil” sistemini 2.3 milyon manata təkmilləşdirəcək

“MİDA” Məhdud Məsuliyyətli Cəmiyyət Risk EİŞ QSC ilə 2.3 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə “Güzəştli mənzil” sisteminə 24/7 xidmətlərinin göstərilməsi, əlavə təhlükəsizlik tədbirlərinin tətbiqi və təkmilləşdirilmə işlərinin satın alınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 2 324 600 manatdır.

Onu da bildirək ki, “Güzəştli mənzil” sistemi “R.İ.S.K. Elmi İstehsalat Şirkəti” tərəfindən qurulub.

Xatırladaq ki, MİDA tərəfindən istifadəyə verilən “Güzəştli mənzil” sistemində dəfələrlə problemlər yaranıb və insanların ciddi etirazlarına səbəb olub.

Son xəbərlər
Digər xəbərlər