7 C
Baku
Sunday, January 5, 2025

“MİDA” Gəncə şəhərində yaşayış kompleksi üçün 3 milyon manata yaxın pul ayırdı

“MİDA” Gəncə şəhərində, Azərbaycan Bayrağı küçəsindəki 6,23 ha ərazidə yaşayış kompleksi üçün 2 şirkətlə 2,7 milyon manatlıq müqavilə imzaladı.

Banker.az xəbər verir ki, qalib şirkətlər “İnşaat” İstehsalat-Tikinti Quraşdırma İnşa Müəssisəsi və “11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-dir.

Müqavilələrdə müvafiq olaraq Gəncə şəhərində, Azərbaycan Bayrağı küçəsindəki 6,23 ha ərazidə yaşayış kompleksinin tikintisi ilə əlaqədar sahəxarici və sahədaxili su təchizatı, təsərrüfat-məişət kanalizasiya şəbəkəsi və yaşayış kompleksinin tikintisi ilə əlaqədar ərazinin şaquli planlaşdırılması, səkilər və yollar, abadlıq və yaşıllaşdırma nəzərdə tutulub.

“MİDA”nın “İnşaat” İstehsalat-Tikinti Quraşdırma İnşa Müəssisəsi ilə bağladığı müqavilənin məbləği 1 milyon 117 min 750 manat, “11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC ilə bağlanan müqavilənin məbləği isə 1 milyon 588 min 247 manatdır.

Onu da qeyd edək ki, “İnşaat” İstehsalat-Tikinti Quraşdırma İnşa Müəssisəsinin nizamnamə kapitalı 20 manat, “11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kapitalı isə 1 000 000 manatdır.

Son xəbərlər
Digər xəbərlər