24 C
Baku
Wednesday, October 9, 2024

“MİDA” mənzillərində kombilərin quraşdırılmasına 532 min manat xərcləyəcək

“MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti  “İNTEGRAL PLUS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 532 min manatlıq müqavilə imzalayıb.

Banker.az xəbər verir ki, müqavilədə Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsində yerləşən 1,5 ha torpaq sahəsində və Sumqayıt şəhəri, M.Hüseynzadə adına şəhər stadionunun şimal-şərqində 2,0 ha ərazidə inşa olunan çoxmənzilli yaşayış binalarında mənzillər üçün kombilərin alınıb quraşdırılması nəzərdə tutulub.

Müqavilənin ümumi dəyəri 532 100 manatdır.

Son xəbərlər
Digər xəbərlər