“MİDA” MMC-nin xalis mənfəəti 7 dəfəyə yaxın azalıb

“MİDA” MMC 2025-ci ili 1 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da əvvəlki illə müqayisədə 85% azdır. 2024-cü ildə qurumun mənfəəti 6 milyon 762 min manat olub.

Banker.az bu barədə MMC-nin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il müştərilərlə müqavilələr üzrə gəlirlər 14.7% azalaraq 69.13 milyon manat təşkil edib. Lakin satışların maya dəyərinin 25.5% kəskin azalıb. Ümumi mənfəət 25.5% artaraq 21.5 milyon manata, əməliyyat mənfəəti isə 2.6 dəfə artaraq 5.31 milyon manata yüksəlib. Xalis mənfəətin kəskin düşməsinə əsasən maliyyə gəlirlərinin 55.3% azalması və maliyyə xərclərinin 2 dəfədən çox artması təsir göstərib.

Hesabat dövründə cəmi aktivlər 2.8% artaraq 608.15 milyon manata, cəmi kapital isə 9.2% artaraq 460.59 milyon manata çatıb. Şirkətin cəmi öhdəlikləri 13% azaldılaraq 147.56 milyon manata endirilib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər