Mənzil İnşaatı Dövlət Agentliyinin “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti Naxçıvan şəhərində yeni çoxmənzilli yaşayış binalarının tikintisi ilə bağlı keçirdiyi iri həcmli tenderə yekun vurub.
Satınalma müsabiqəsinin qalibi “Hünər-İnşaat” firması seçilib.
Qalib şirkətlə bağlanmış müqavilənin ümumi dəyəri 23 071 668 manat təşkil edir.
Layihə çərçivəsində Naxçıvan şəhəri, Əliqulu Qəmküsar küçəsi ilə Babək məhəlləsinin kəsişməsində yerləşən 4,98 hektar ərazidə 1, 2, 3, 4, 5 və 6 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi həyata keçiriləcək.







