MİDA Naxçıvanda 23 milyon manatlıq yaşayış binaları tikdirir

MİDA Naxçıvanda yaşayış binalarının tikintisinə 23 milyon manatdan çox vəsait ayırır.

Bankere.az xəbər verir ki, “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti Naxçıvan şəhərində yeni çoxmənzilli yaşayış binalarının tikintisi ilə bağlı keçirdiyi iri tender müsabiqəsinə yekun vurub.

Satınalma müsabiqəsinin qalibi “Hünər-İnşaat” firması olub.

Layihə çərçivəsində Naxçıvan şəhəri, Əliqulu Qəmküsar küçəsi ilə Babək məhəlləsinin kəsişməsində yerləşən 4,98 hektar ərazidə 1, 2, 3, 4, 5 və 6 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi həyata keçiriləcək.

Qalib şirkətlə bağlanmış müqavilənin ümumi maliyyə dəyəri 23 071 668 manat təşkil edir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər