Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) 2022-ci il üzrə ümumi xərcləri 265 mln. 612.6 min manat təşkil edib.
Nazirlər Kabinetinin 2022-ci il üzrə fəaliyyəti haqqında hesabatına əsasən, ötən il MİDA MMC-nin tikinti lahiyələri üzrə podratçılar tərəfindən təqdim edilmiş işlərin yerinə yetirilməsi ilə bağlı ümumilikdə 97 mln. 684.7 min manat ödəniş edilib.