MİDA-nın növbəti güzəştli mənzil satışı bu tarixə planlaşdırılır

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən növbəti güzəştli mənzil satışı ilin sonuna planlaşdırılır.

Bu sözləri Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) aparat rəhbəri Cəmşid Əmirov Lənkəran, Şirvan və Yevlax Yaşayış Komplekslərində mənzillərin güzəştlə satışı prosesinin müşahidə edilməsi çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı deyib.

Bildirilib ki, növbəti satışın hansı layihələr üzrə həyata keçiriləcəyi barədə məlumatlar müvafiq qaydalara uyğun olaraq satışa ən azı 30 gün qalmış açıqlanacaq.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər