18 C
Baku
Friday, September 20, 2024

MİDA Nissan və Hyundai avtomobilləri alıb

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) “Nurgün Motors” və “Auto Azərbaycan” MMC ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilələrdə müvafiq olaraq 3 (üç) ədəd sedan, mühərrikin həcmi 1,6 – 1,8 L, orta təchizatlı avtomobilin satın alınması və 1 (bir) ədəd sedan, mühərrikin həcmi 2,4 – 3,0 L, tam təchizatlı avtomobilin satın alınması nəzərdə tutulub.

“Nurgün Motors” ilə bağlanmış müqavilənin məbləği 75 000 manat, “Auto Azərbaycan” MMC ilə bağlanmış müqavilənin məbləği isə 63 800 manat təşkil edir.

Qeyd edək ki, “Nurgün Motors” şirkəti Nissan, “Auto Azərbaycan” şirkəti isə Hyundai avtomobillərinin rəsmi idxalçısıdır.

 

Son xəbərlər
Digər xəbərlər