7 C
Baku
Thursday, December 12, 2024

MİDA növbəti mənzil seçimi ilə bağlı açıqlama yayıb

Mənzillərin seçimi “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” elektron sistemi vasitəsilə bərabər şəraitdə etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilib. Belə ki, iyulun 12-də Agentliyiniilk layihəsi Yasamal Yaşayış Kompleksinin 6-9 saylı binalarında 10 mənzilin, həmçinin 10, 11, 12 və 13 saylı binalarında yerləşən 243 mənzilin, ümumilikdə 253 mənzilin yalnız öz vəsaiti hesabına ödəniş üsulu ilə seçimi qısa müddətdə başa çatıb. Bu mənzillərdən 43-ü 1 otaqlı, 146-sı 2 otaqlı, 64-ü isə 3 otaqlıdır. “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olan vətəndaşların sayı 11518 nəfər, 253 mənzilin seçimində iştirak edənlərin sayı 1 906 nəfər olub.

Banker.az xəbər verir ki, bu barədə Agentliyin açıqlamasında bildirilir. 

Mənzil əldə etmiş vətəndaşlar arasında ən azı 3 il hərbi xidmətdə olan, həmçinin ehtiyata və istefaya buraxılmış hərbi qulluqçular, ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxslər və ən azı 15 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxslər üstünlük təşkil edir.

Seçimin nəticələri barədə statistik məlumatlarla daha ətraflı buradan tanış olmaq mümkündür:

https://mida.gov.az/az/statistics/statistics_9/

https://mida.gov.az/az/statistics/statistics_10/

İyulun 14-də isə gözləmə qaydasında iştirak edən 663 istifadəçidən 435-i mənzil seçimini uğurla başa çatdırıb. Qaydaya əsasən satış müddətində seçilmiş bir mənzil həmin elan çərçivəsində daha iki şəxs tərəfindən də ardıcıl olaraq gözləmə qaydasında seçilə bilər. Gözləmə qaydasında mənzillərin seçimi sabah saat 00:00-a qədər davam edəcək.

Yasamal Yaşayış Kompleksində qalan 827 mənzil bu ilin sonuna qədər həm güzəştli ipoteka krediti, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə satışa çıxarılacaq. Yaxın vaxtlarda mənzillərin satışı ilə bağlı növbəti elan veriləcək.

Son xəbərlər
Digər xəbərlər