28 C
Baku
Saturday, July 27, 2024

MİDA ötən ili 5 milyon manat üzərində xalis mənfəət edib

Azərbaycanda sosial mənzil inşasını aparan dövlət agentliyi MİDA 2020-ci ilə 5.22 milyon manat xalis mənfəət əldə edib.

Banker.az bu barədə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin illik audit hesabatına istinadən xəbər verir.

MİDA dövlətdən 2020-ci ildə 2.1 milyon manat dövlət yardımı almış, ümumi inzibati xərcləri 3.12 milyon manat, maliyyə aktivləri üzrə xalis dəyərsizləşmə zərərin həcmi 585 min manat olmuşdur.

Şirkətin maliyyə gəlirləri 10.08 milyon manat olmuş, bu qəbildən olan xərcləri isə 3.25 milyon manat olmuşdur.

Bu xalis mənfəətdən sonra bölüşdürülməmiş mənfəət 13.56 milyon manata yüksəlib.

AKTİVLƏR KƏSKİN BÖYÜYÜB

MİDA-nın aktivlərinin həcmi 1 yanvar 2021-ci il tarixinə 361.61 milyon manata yüksəlib. Bu da son bir ildə 156.17 milyon manat, yaxud 76% artım deməkdir.

Aktivlərin 241.72 milyon manatı qısamüddətli, 119.88 milyon manatı uzunmüddətli olmuşdur.

Dövlət Agentliyinin öhdəlikləri isə 17.53 milyon manat olmuşdur.

313312 2313

Son xəbərlər
Digər xəbərlər