“MİDA” MMC “Hünər İnşaat Firması” ilə 26.4 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Abşeron rayonu,Saray qəsəbəsində 4,5 ha torpaq sahəsində 1 və4 nömrəli 12 mərtəbəli,2 və3 nömrəli 16 mərtəbəli çoxmənzilli yaşayış binalarının,14 və15 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binaları tikintisi nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği isə 26.369.453 AZN təşkil edir.








