Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti Şirvan şəhəri, Naxçıvan küçəsində yerləşən 8,11 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar satınalmalar üzrə açıq tender elan edir.
Banker.az xəbər verir ki, tender aşağıdakı lotlar üzrə keçirilir:
Lot-1 – 1, 2, 3 və 4 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi
Lot-2 – 5, 6, 7, 8, 9 və 10 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi
Lot-3 – 11 və 12 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini imzalanmış, möhürlənmiş, ikiqat bağlamada, yazılı surətdə təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsi və müqayisəsi tenderin əsas şərtlər toplusunda müəyyənləşdirilmiş kəmiyyətcə qiymətləndirilən meyarlar əsasında həyata keçiriləcəkdir.